Yumurtaların Dondurulması

Yumurtaların Dondurulması

Yumurta dondurma texnologiyası  7-8 il bundan əvvəl Amerikada başlamış və sürətlə bütün dünyada yayılmışdır. Yumurta dondurma prosesinin əsas məqsədi qadın və kişinin nəsil artırma qabiliyyətini yuxarı yaşa qaldırır. Xüsusilə qadınlar karyera məqsədli həyat tempindən və iş həyatının ağırlığından övlad sahibi ola bilmirlər. Lakin, yumurta dondurma prosesi yuxarı yaşlarda da övlad sahibi olmaq imkanı verir. Bildiyimiz kimi, qadınlar bütün yumurtaları ilə birlikdə dünyaya gəlir və hər aybaşı zamanı yumurtaları məhv ola-ola bitərək menopauza müddəti başlayır. Yuxarı yaşlarda, xüsusilə 40 yaşından etibarən yumurtalıq ehtiyatı həm azalır, həm də qalan yumurtaların keyfiyyəti xeyli dərəcədə aşağı olur və beləliklə, hamiləlik potensialı da azalır.

Yalnız yuxarı yaşlarda övlad sahibi ola bilməmək qayğısı deyil, eyni zamanda yumurta dondurma prosedurasının səbəblərinə misal olaraq gənc yaşında xərçəng diaqnozu qoyulmuş, hemoterapiya və radioterapiya müalicəsi almış qadın və ya gənc qızın yumurtalıqlarının məhv olmasını  göstərmək olar. Günümüzdə xərçəng ehtimallarını nəzərə alsaq, qarşımıza böyük mənzərə çıxacaqdır. Müalicədən əvvəl yumurtaların götürülərək saxlanması və müalicə sona çatdıqdan sonra yenidən qadına köçürülməsi hamiləlik şansını olduqca yüksəltmək yumurta dondurma texnologiyası ilə mümkündür. Bu texnologiya qadının doğuş qabiliyyətinin sığortasıdır.

  • Yumurtaların dondurulması üsulu kimlərə tətbiq edilə bilər?
  • Yuxarıda da qeyd etdiyimiz kimi, xərçəng diaqnozu qoyulmuş qadınlara müalicədən əvvəl tətbiq olunur.
  • Yuxarı yaşlarda övlad sahibi olmaq istəyən şəxslərə tətbiq edilir. Xəstə 20 yaşında yumurtalarını dondurarsa 40 yaşında hamiləlik şansı eyni olur.
  • Süni mayalanma müalicəsi tətbiq edildikdə, yumurta toplama prosedurası günü kişi sperma ifraz edə bilməzsə, yumurtalar dondurula bilər.
  • Ailənizdə erkən klimaks müşahidə olunmuşdursa yumurtalıqlarınızı donduraraq bu riski aradan qaldıra bilərsiniz.
  • Uğur nisbəti nə qədərdir?

Yumurta dondurma prosedurasının 35 yaşına qədər tətbiq edilməsi tövsiyə edilir. Bunun səbəbi 35 yaşından sonra yumurtalıqların artıq pozulmağa başlamasıdır. Yumurta dondurma prosedurası hər bir yaşda uğurlu olsa belə, yuxarı yaşlarda dondurulan yumurtalar gənc yaşlarda dondurulan yumurtalarla eyni keyfiyyətdə olmayacaqdır. Bunu unutmamalıyıq ki, yumurtaların keyfiyyəti nə qədər yüksəkdirsə hamiləlik şansı da bir o qədər yüksək olacaqdır. Yumurta dondurma texnologiyası sürətlə inkişaf edir. Xüsusilə son illərdə şok dondurma metodu vasitəsi ilə yumurtalar ən az zərərlə dondurula bilir və 80%-ə çatan uğur nisbəti əldə edilə bilir. Dondurma – donun açılması prosedurasından sonra yumurtaların təxminən 75%-nin canlı olduğu nəzərdə tutulur. Nəticə etibarilə, yumurta dondurma prosedurasından sonra xüsusilə şok dondurma texnologiyası sayəsində təzə yumurta hüceyrəsindən istifadə edilməsinə bərabər hamiləlik nisbətləri əldə edilə bilinmişdir.

Yumurta dondurma prosedurası mərkəzimizdə yüksək uğurla tətbiq edilir. Daha ətraflı məlumat üçün əlaqə səhifəmiz vasitəsilə bizlə əlaqə saxlaya və suallarınızı verə bilərsiniz.