Təkrarlanan Uşaq Salmalar və Səbəbləri

Təkrarlanan Uşaq Salmalar və Səbəbləri

İki və yaxud ikidən daha çox uşaq salma hallarına təkrarlanan  uşaq salma hadisəsi deyilir. Sonsuzluqdan çox fərqli bir rahatsızlıq olub buna bir çox amillər səbəb ola bilər. Təbii ki dəqiq nəticəsini müəyyən etmək üçün  sizin həkim tərəfindən tez-tez müayinə olunmanız vacibdir. Günümüzdə qan testi ilə müəyyən edilən  hamiləliklərin 75 %-i uşaq salma ilə nəticələnir. Kliniki olaraq  müəyyən edilən  bütün hamiləliklərdə  orta hesabla 25%-dir. Hətta qadınlar bəzi  aylarda  hamilə olduqlarını hiss etmədən aybaşı dövründə belə uşaq sala bilər ki,  buna da səssiz uşaq salma deyilir. Müəyyən edilən  uşaq salma hadisəsi mütləq araşdırılmalı və səbəbi öyrənilməlidir. Cütlüklərdəki uşaq salma təkrar baş verirsə bu zaman  tibbi dəyərləndirmə aparılmalı, ehtiyac olarsa psixoloji kömək göstərilməlidir.  Yuxarıda qeyd etdiyimiz kimi  təkrarlanan uşaq salma hadisəsinin bilinən müxtəlif  səbəbləri vardır və onlardan bir neçəsi aşağıdakılardır:

Anadangəlmə yaranan səbəblər (Anatomik səbəblər):

Qadının anadangəlmə bətn ilə bağlı ən təsirli səbəblərdən biridir. Normalda bətn uşağın böyüməsində  nisbi şəkildə böyüyür , lakin  ana bətnində hər hansı bir problem mövcuddursa  o zaman genişlənməz və uşaq salma ilə nəticələnir. Qadında bətn ilə bağlı anormallıq varsa  və belə vəziyyətdə doğum həyata keçiriləcəksə bu o zaman qadın üçün təhlükəli ola bilər və vaxtından əvvəl doğuş riskini artırır. Vaxtından əvvəl doğuş zamanı  uşağın ciyərləri tam inkişaf etmədiyi üçün  ciddi tənəffüs problemləri  yarana bilər, lakin bununla kifayətlənməz və vaxtından əvvəl doğuş bir çox xəstəliklər yol açacaq, hətta ölüm riskini artıracaqdır. Ana bətni anormallıqlarının bir çoxu cərrahiyyə yolu ilə müalicə edilir.

Yaş ilə bağlı səbəblər:

Qadınlarda yaş nə qədər  çoxdursa uşaq salma riski də bir o qədər yüksəkdir, Xüsusən də bu özünü 40 yaşından böyük qadınlarda 40%-dir.

Hormonal səbəblər:

Qadınların sağlam şəkildə hamiləlik keçirtmələri üçün yumurtalıq tərəfindən formalaşdırılan  progesteron hormon çox vacibdir. Hamiləliyin davam etməsi üçün bu hormon bəlkə də əsas hormondur. Progesteron hormonu daha sonra formalaşır. əgər yumurtalıq kifayət qədər progesteron hormonunu formalaşdıra bilməsə  və aşağı səviyyədə olacaqsa  hamiləlik uşaq salma ilə nəticələncəkdir. Progesteron səviyyəsində  uşaq salma təsbit edilibsə bu zaman xaricdən verilərək hamiləliyin sağlam davam etdirilməsini həyata keçirə bilər.

Genetik səbəblər:

Qadınlarda təkrarlanan uşaq salma ya səbəb olan genetik səbəblər 3-4% nisbətindədir. Genetik səbəblərdən biri xromosomun bir hissəsinin başqa bir  xromosomla birləşməsi kimi tanınan Translokasiya-dır və xromosom anormallıqların ən geniş formasıdır. Vaxtından əvvəl uşaq salmaya baxmayaraq hər hansı bir  genetik səbəbi aşkar olunmayıbsa   uşaq salmaların  60%-i təsadüfi hal olduğu üçün   və yaxud  cüt xromosomum meydana gəlməsindən yaranır.

Şəkər:

Şəkər uşaq salma faktoruna təsir edən əsas cəhətlərdən biridir, sağlam hamiləlik keçirtmək üçün  hamiləlikdən əvvəl  və dövründə  qadının qan şəkəri tez-tez yoxlanılmalıdır. Həddən artıq kök olan  qadınlarda uşaq salma riski daha yüksəkdir.

Nəticə:

Təkrarlanan uşaq salma izah edilməyibsə  bir sonrakı hamiləlikdə hamilə qalma şansı 60-70% ola bilər. Əlbəttə ki bu şansı əldə etmək üçün  hamiləlikdən əvvəl folik turşusu qəbulu və həyatınızda edəcəyiniz dəyişikliklər çox vacibdir, məsələn:

  • Sağlam hamiləlik üçün ilk əvvəl siqaretdən imtina edin. Hətta siqaret çəkilən yerlərdən uzaq durmağa çalışın.
  • Kofein tərkibli içkilərdən uzaq olun.
  • Spirtli içki istifadə edirsinizsə imtina etməyinizi məsləhət edilir.
  • Kilonuza diqqət edin. Bunun üçün yüngül hərəkətlər edin və hər gün  yürüyüşlər edə bilərsiniz.