Süni Mayalanma Müalicəsində Səhv Bilinənlər

Süni Mayalanma Müalicəsində Səhv Bilinənlər

” Süni mayalanma müalicəsi çətin və ağrılı bir üsuldur. ”

Süni mayalanma müalicəsi, inkişaf etmiş texnologiya sayəsində müvəffəqiyyət şansı yüksəlmiş və xəstə dostu bir müalicə üsulu olmuşdur. Müalicənin heç bir mərhələsində ana namizədinin xəstəxanada qalmasına ehtiyac yoxdur. İynələrin sayı azaldılmış, edilən müayinə, tədqiqlər və müalicələr olduqca qısa davam edir. Həyat yoldaşlarının ictimai ya da iş həyatını təsir etməyəcək səviyyəyə çatmışdır. Bu səbəblə süni mayalanma müalicəsi ağrılı ya da çətin bir müalicə üsulu deyil.

” Süni mayalanma müalicəsi nəticəsində ümumiyyətlə əkiz, üçük hamiləlik olur. ”

Süni mayalanma müalicəsində çoxluq hamiləlik riski çoxdur. Ancaq hər süni mayalanma müalicəsində əkiz ya da üçük hamiləlik meydana gəlmir. Çoxluq hamiləlik riskinin qarşısının alınması məqsədi ilə qanuni olaraq bəzi məhdudiyyətlər qoyulmuşdur. Əgər ana namizədin yaşı 35-ə kimidirsə və ilk 2 süni mayalanma sınağında yalnız bir embrion transfer edilə bilər. Bu sayədə çoxluq hamiləlik riskinin qarşısı alınır.

” Hər yaşda süni mayalanma edilə bilər. ”

Qadının hamiləlik şansı yaşın irəliləməsi ilə birlikdə azalmaqdadır. Yumurtalıq rezervlərindəki azalma xüsusilə 35 yaşından sonra daha da sürətlənir. Bu səbəblə hər yaşda süni mayalanma müalicəsi tətbiq olunması mümkün deyil. Normal hamiləliklərdə olduğu kimi süni mayalanma hamilələrində də yaş irəlilədikcə hamilə qalma şansı azalmaqdadır. 30 yaşa kimi  xəstələrdə müvəffəqiyyət şansı 60 % olduqda, bu nisbət 40 yaş üzərində 15%,  44 yaşın üzərində isə müvəffəqiyyət 1% -dən az olur. Bu səbəblə də süni mayalanma müalicəsi hər yaşda edilmir.

209

” Heç sperma hüceyrəsi olmayan kişi ata ola bilməz. ”

Süni mayalanma müalicəsində xüsusilə kişi sonsuzluqlarında ciddi irəliləyişlər mövcuddur. Sonsuzluq  problemlərinin təxminən 80%-i süni mayalanma müalicə üsulları ilə həll edilir. Xüsusilə də şiddətli kişi sonzuluqları üçün inkişaf etdirilmiş müalicə üsulları; sperma sayı qeyri-kafi olan kişilərin də ata olma şansı var. Heç sperma hüceyrəsi olmayan ata namizədləri üçün isə; Mikro TESE üsulu ilə testis sperma ola bilər və olan bir ədəd sperma hüceyrəsiylə belə ata olma şansı tapıla bilməkdədir.

“Süni mayalanmada müvəffəqiyyət şansı “100% “

Köməkçi üsullar arasında ən müvəffəqiyyətli müalicə, süni mayalanma müalicəsidir. Ancaq heç bir köməkçi üsul yüzdə yüz müvəffəqiyyət təminatı verə bilmir. Hamiləlik, olduqca mürəkkəb bir vəziyyətdir və müxtəlif vəziyyətlərdə edilən müalicələr belə müvəffəqiyyət əldə edilməsini təmin edə bilmir. Bu səbəblə müvəffəqiyyət nisbətinin 60% olduğunu bilmək və müalicəyə gerçək gözləmələrlə başlamaq, yoldaşların psixoloji vəziyyətinin yaxşı qalmasını təmin edəcək.