Sperma Analizi

Sperma Analizi

Baku medikal plaza Süni Mayalanma Mərkəzinin Androloji Laboratoriyası qabaqcıl texniki vasitələri və təcrübəli bioloqları ilə sperma nümunəsini ən təfsilatlı şəkildə tədqiq edib qiymətləndirəcək, lazım gəldikdə istifadə üçün hazır hala gətirəcək avadanlığa sahibdir. Araşdırmadan sonra əldə edilən bu məlumatlar xəstələrimizlə də paylaşılaraq onlarında məlumatlandırılması təmin olunur.

Sperma analizi uşaq sahibi olamayan cütlüklərdə ilk növbədə qiymətləndirilməsi tələb olunan və sperma hasilatı ilə bağlı ən faydalı məlumatı verən bir testdir. Sperma qısa müddətdə qiymətləndirilə bilməsinə baxmayaraq, son dərəcə mürəkkəbdir və yalnız bu sahədə təcrübəli insanlar tərəfindən aparılır. Spermanı tədqiq edən insanın təcrübəsizliyi bütün müalicə yanaşmasını dəyişdirə biləcəyi üçün sperma analizi sonsuzluq tədqiqatlarında çox əhəmiyyətli bir mərhələdir. Bu test ilə əsasən spermadakı spermatozoidlərin sayı, hərəkətliliyi və spermatozoidin forması qiymətləndirilir. Sperma analizi 3- 5 günlük cinsi pəhrizdən sonra aparılır. Bu müddət spermanın qiymətləndirilməsi üçün olduqca önəmlidir. Pəhriz müddətinin uzanması halında spermatozoidlərin sayı artır, spermatozoidlərin hərəkətliliyi və canlılığı azalır, spermatozoid DNT-sinin zərər görmə ehtimalı artır; pəhriz müddətinin qısa olması isə spermatozoidlərin sayının azalmasına və spermtozoidlərin hərəkətliliyinin artmasına yol açır, istənilən halda nəticə müalicə formasının müəyyən olunmasında yanıldıcı ola bilər. Sperma hasilatına siqaret, alkoqol, istilik, dərmanlar və infeksiyalar kimi bir çox amillər təsir etdiyi üçün normal olmayan nümunələrin analizi bir ay ara ilə iki və ya üç dəfə təkrarlanmalıdır. Spermanın analizində bir problem ilə qarşılaşılırsa kişinin fiziki və hormonal cəhətdən daha sonrakı müayinəsi aparılmalıdır.

Sperma hasilatı 2-3 ayda bir tekrarlanır. Yəni hasil olunan bir spermatozoid 2-3 ay sonra məniyə ifraz olunacaqdır. Eyni şəkildə insanın qarşılaşdığı zərərli faktorlar və müalicə üçün istifadə olunan faydalı dərmanlar da sperma hasilatına 3 ayın sonunda təsir edə bilər. Sperma analizi nəticələrini qiymətləndirərkən bu müddət nəzərə alınmalı və xəstə bu baxımdan qiymətləndirilməlidir.

Spermanın Normal Dəyərləri (WHO[Ümumdünya Səhiyyə Təşkilatının] meyarlarına görə)
Parametr Normal Dəyərlər
Həcm 2.0 ml və ya daha çox
pH
Spermatozoidlərin sayı
7.2-8.0
Millilitrdə 15 milyon və ya daha çox
Spermatozoidlərin Hərəkətliliyi Eyakulyasiyadan sonra 60 dəqiqə ərzində, proqressiv sürətli, hərəkətli və proqressiv hərəkətli spermatozoidlərin sayı 40%-dan çox və ya proqressiv sürətli hərəkətli spermatozoidlərin sayı 32%-dan çox olmalıdır
Normal Morfoloji (Forma) Quruluş 4% (Kruger strict criteria) və ya çox
Vitalite (Canlılıq) 75% və ya daha çox canlı
Leykositlər 1×106 –dan az olmalıdır

 

Sperma analizi nəticəsində qoyulan diaqnozlar aşağıda göstərilmişdir:
Normospermiya Spermatozoidlərin sayının, hərəkətliliyinin və formasının normal olması
Oliqospermiya Spermatozoidlərin sayının normal dəyərlərdən aşağı olması
Astenospermiya Spermatozoidlərin hərəkətliliyinin normal dəyərlərdən aşağı olması
Teratospermiya Normal formalı spermatozoidlər faizinin normal dəyərlərdən aşağı olması
Oliqo-astenospermiya Spermatozoidlərin sayının və hərəkətliliyinin normal dəyərlərdən daha aşağı olması
Asteno-teratospermiya Spermatozoidlərin hərəkətliliyinin və formasının normal dəyərlərdən aşağı olması
Oligo-asteno-teratospermiya Spermatozoidlərin sayının, hərəkətliliyinin normal dəyərlərdən aşağı olması
Ağır oligo-asteno-teratospermiya Spermatozoidlərin sayının 5 milyon/ml-dan kiçik olması eyni zamanda Spermatozoidlərin hərəkətliliyinin aşağı və formasının anormal olması
Azoospermiya Mənidə spermatozoidlərin heç olmaması
Virtual Azoospermiya (Kriptozoospermiya) İnsana məxsus bəzi nümunələrdə  çox az sayda (<100bin/ml) spermatozoidlər müəyyən olunarkən, bəzi nümunələrdə isə spermatozoidlərin heç müşahidə olunmaması
Total immotile sperm Mənidəki bütün Spermatozoidlərin hərəkətsiz olması

Sperma analizi qiymətləndirilərkən önəmli olan üç parametr vardır. Onlardan birincisi miqdardır. Miqdarın ml-da 15 milyondan çox olmasi lazımdır. İkincisi proqressiv hərəkətli deyilən toxum hüceyrəsini mayalandıra biləcək spermatozoidlərin 32%-dan çox olması lazımdır. Mənidə olan  total proqressiv dediyimiz spermatozoidlərin yəni toxum hüceyrəsini mayalandıra biləcək spermatozoidlərin sayı ml-də 7 milyondan çox olması lazımdır. Üçüncüsü isə, morfologiyası, yəni formasıdır. Morfologiyada kruger meyarlarına görə 100 ədəd spermatozoiddən 4 ədədinin normal, yəni forma baxımından yetərli ölçüyə malik olması və akrozom nisbətinin 1/3 nisbətində olmasi lazımdır. Bu limit parametrlərdir, bunlardan aşağı olan dəyərlərdə normal yolla hamilləliyin baş vermə halları azalır.

Morfoloji cəhətdən düzgün sperma

Sperma Nümunəsi üzərində Tətbiq Olunan İmmunoloji Testlər

Sperma nümunəsində müşahidə olunan aqqlutinasiya(klasterizasiya), çox vaxt antisperma anticisimlərinin mövcudluğu ilə bağlıdır. Antisperma anticisimləri spermatozoid səthinin bir çox müxtəlif yerlərinə yerləşib, spermatozoidlərin uşaqlıq daxilinə giriş yolunda hərəkətliliyinə mənfi təsir edir. Infertility(sonsuzluq) hallarının 8%-ində immunoloji amillər rol oynayır. Aqqlutinasiyalı nümunələrin izah edilə bilməyən sonsuzluq ilə bağlı olduğu fərz edilir.

Xüsusilə sonsuzluq səbəbinin immunoloji səbəblərlə əlaqədar olduğu zənn edilirsə, immunoloji testlərin edilməsi tövsiyə olunur. Sperma Analizində spermatozoidlərdə aqqlutinasiya (spermatozoidlərin bir-birinə baş, boyun, quyruq hissələrindən yapışması) müşahidə olunduğu hallarda bu test tətbiq edilir.

Bu testlər spermanın ümumi qiymətləndirilməsi zamanı aqqlutinasiya və ya spermatozoidlərin az hərəkətliliyi müşahidə olunduğu hallarda tətbiq olunur.

SPERM-MAR Testi

SpermMar (mixed agglutination reaction test) antisperma anticisimlərinin müəyyən olunması üçün istifadə olunur. Bu test ilə yeni mənidəki spermatozoidlərdə IgG və IgA anticisimləri müəyyən olunur. Test, lateks örtüklü immunoqlobulinlərdən ibarətdir. Lateks hissəcikləri hərəkətli spermatozoidlərin müxtəlif hissələrinə (baş, midpiece və ya quyruq) yapışır və işıq mikroskopu ilə asanlıqla müşahidə oluna bilir. Yapışma müşahidə olunan hərəkətli spermatozoidlər, yapışma nöqtələri göstərilməklə faiz nisbətləri ilə qeyd olunur.

Hərəkətli spermatozoidlər ilə lateks hissəciyi (bead) arasındakı qarşılıqlı təsir, antisperma anticisimlərinin mövcudluğunu göstərir. 15-39% arasında dəyərlər potensial sonsuzluğu, 40% və yuxarı dəyərlər ciddi bir immunoloji problemin mövcudluğunu göstərir.

Spermatozoidlərin Həyat Qabiliyyətinin (Canlılığının) Qiymətləndirilməsi

Eozin-Y Testi:

Mərkəzimizdə bu test həm sperma analizi laboratoriyasında hem də androloji laboratoriyada aparılır. Bu test ilə spermatozoidlərin hərəkətliliyinin aşağı olduğu ya da heç olmadığı hallarda canlı spermatozoidlərin faizi təyin edilə bilir. Bu üsul yalnız diaqnostika məqsədilə aparılır, canlı olduqları müəyyən olunan spermatozoidlərin daha sonra mikroinyeksiya əməliyyatında istifadə olunma ehtimalı yoxdur.

Pentoksifilinin və ya teofilinin tətbiqi

Mərkəzimizdə mikroinyeksiya tətbiq olunacaq gün əldə edilən eyakulat, epididimal və ya xayadan əldə edilən spermatozoidlərdə ümumi olaraq hərəkətsiz kimi görünən nümunələrə pentoksifilin və ya teofilin tətbiq olunur. Təxminən 15 dəqiqəyə qədər gözlənilir və bu vaxt canlı olan spermatozoidlər hərəkətlənməyə başlayır. Təxminən 20-30 dəqiqə bu spermatozoidlər canlı qalır. Elə bu vaxt spermatozoidlər toplanılır və mikroinyeksiya əməliyyatı tətbiq olunur.

spermatozoid DNT-sinin Zədələnməsini Müəyyən Edən Testlər

Spermatozoid DNT-sinin Zədələnməsi nədir?

Spermatozoidin genetik quruluşundakı pozğunluq ilə sonsuzluq arasında güclü əlaqə müşahidə olunur. Spermatozoid DNT-sinin zədələnmələrinin sonsuzluqdakı əhəmiyyəti(rolu) çox sayda elmi tədqiqatlar ilə göstərilmişdir. Buna görə də, spermatozoid DNT-sinin zədələnmə dərəcəsinin öyrənilməsi, istər mayalanma şansının təxmin edilməsində, istərsə də embrionun məruz qala biləcəyi risklərin müəyyən olunmasında böyük əhəmiyyət kəsb edir.

Spermatozoiddə DNT zədələnmələrinin hansı səbəblərdən meydana gəlməsi məsələsi hələ tam olaraq izah olunmamışdır. Lakin ayrı-ayrı tədqiqatlar, anormal hüceyrə metabolizmi, oksidativ stress, genetik və ekoloji faktorlar, uzun müddətli seksual(cinsi) pəhriz, yuxarı yaş, siqaret çəkmə, xayaların anormal istiliyə məruz qalması, varikoselenin olması, hava çirkliliyi kimi səbəblərin spermatozoidlərin DNT-sinin bütövlüyünün qorunmasını pozaraq DNT qollarında zədələnməyə səbəb ola biləcəyi göstərmişdir.

Spermatozoidin DNT quruluşundakı zədələnmələr, mayalanma uğursuzluğu, embrion inkişafının dayanması, pis və/və ya zəif embrion inkişafı kimi problemlərə səbəb ola bilər və buna görə hamiləlik şansına mənfi tərəfdən təsir edə bilər.

Mərkəzimizdə DNT-nin zədələnməsini DNT-nin fraqmentasiya testi ilə müəyyən edirik.

Bunun üçün xəstələrimiz 3-5 günlük pəhriz tutaraq gəlmələri tələb olunur. Bu test ılə təxminən 400 ədəd spermatozoid hesablanır və DNT zədələnməsi olan spermatozoidlər qeydə alınır.

15%-dan az olan nümunələr normal qəbul edilir

15%-30% arasında olan nümunələr potensial sonsuzluqdan xəbər verir

30%-dan çox olan nümunələr isə ağır Dnt zədələnməsinin olduğunu göstərir.

Biz Baku medikal plaza sünı mayalandırma mərkəzi olaraq 30%- dan çox DNT zədələnməsinə malik olan nümunələrdə spermatozoidlərin edidimal və ya testikulyar yolla əldə edilən spermatozoidlər ilə mikroinyeksiyanın tətbiq edilməsini tövsiyə edirik. Hətta 15 -30% arasında olan nümunələrin bir dəfə pis embrion inkişafı olan və neqativ(uğursuz) cəhdləri olan cütlüklərimizə yenə bu üsuldan yararlanmalarını tövsiyə edirik.

Xayalardan Sperma Əldə Etmə Üsulları

Mənidə spermatozoidlərin tapılmadığı hallarda cərrahi yollarla xayaların içindən spermatozoidlər əldə edilə bilər. Spermatozoidləri tapmaq üçün müxtəlif üsullardan istifadə oluna bilər. Xayada sperma hasilatının mövcudluğu, tətbiq olunan testlərlə müəyyən olunmuşdursa, TESA(testicular sperm aspiration) metodu, yəni iynə ilə xayadan sperma aspirasiyası tətbiq olunur. Xayada sperma hasilatının baş verib vermədiyi dəqiq olaraq təyin edilə bilmədi isə mikro-cərrahiyyə üsulu ilə Mikrodisseksiya yolu ilə Testikulyar Spermanın Çıxarılması (Mikro TESE – micro- testicular sperm extraction) ilə spermatozoidlər əldə edilə bilər.

Mikrodisseksiya yolu ilə Testikulyar Spermanın Çıxarılması (Mikro TESE)

MikroTESE üsulu mikrocərrahiyyə tələb edən bir metoddur. Cərrahın daha əvvəl bu sahədə təcrübəyə malik olması əməliyyatın müvəffəqiyyətli olması ehtimalını artıracaqdır.

Mikroskopun 30 qat böyütmə üstünlüyündən yararlanaraq sperma hasilatının baş verdiyi tubulus(kanalcıq) adlandırılan nazik borucuqlar əməliyyat mikroskopu altında böyüdülür və böyük qeyri-şəffaf ağımtıl kanalcıqlar ayırd edilir. Bu kanalcıqlarda daha çox spermatogenik baxımdan aktiv rüşeym hüceyrələri vardır. Spermanın olma ehtimalı yüksək olan bu kanalcıqlar uroloq tərəfindən götürülür. Bu kanalcıq embrioloq tərəfindən parçalanır, kanalcığın içindəki spermatozoidlərin çölə çıxarılması təmin edilir və daha güclü böyütmə qabiliyyətinə malik olan mikroskop altında spermatozoidlər axtarılır. Əgər götürülən kanalcıqda spermatozoidlər vardırsa, o spermatozoidlərin əldə edilməsi məqsədilə hazırlanır. Hazırlanan spermatozoidlər mikroinyeksiya tətbiq edilən mikroskopda ICSI(intracytoplasmic sperm injection) tətbiq etmək məqsədilə toplanır.

MikroTESE Üsulunun TESE-dən fərqi:

Əməliyyatın mikroskop altında aparılması spermatozoid tapma şansını 30%-dan 52%-a qaldırır.

Xaya eyni zamanda testosteron hormonunu hasil edən bir hissədir. Bu səbəbdən bu üsul xayadan götürülən toxumanın miqdarını azaldaraq toxuma itkisini minimuma endirir. Xəstənin toxuma itkisi bu üsullda müxtəlif biopsiya üsullarına görə 70 qat daha az olur.

Mikroskop altında edildiyinə görə xayanı bəsləyən damarlara zərər vermədən kəsiyin edilməsinə imkan verir.

Daha əvvəl spermatozoidlər tapılmamış və Klaynfelter Sindromu kimi genetik səbəbdən mənidə spermatozoidlərin yoxluğunda bu üsul ilə spermatozoid tapma şansı 50%-a yüksəlir.

Köhnə sperma tapma üsulları ilə müqayisədə spermatozoid tapma faizi 50 daha çoxdur.

Bu üstünlüklərə görə mərkəzimizdə müxtəlif yönlü TESE yerinə mikro TESE əməliyyatı tətbiq olunur.

TESA (TESA – Testicular Sperm Aspiration)

Yerli və ya ümumi anesteziya altında xayaya iynə ilə bir çox nöqtədən müdaxilə edib xaya toxuması aspirasiya edilərək spermatozoid axtarma əməliyyatıdır. Bu əməliyyat sperma kanallarında tıxanma səbəbindən spermanın çölə çıxa bilmədiyi hallarda aparılır. Həmçinin daha əvvəl mənidəki spermatozoidlər ilə aparılan süni mayalandırma tətbiq etmələrində uğursuz nəticələr alınmışdırsa müvəffəqyyəti artırmaq üçün mənidə spermatozoidlərin olmasına baxmayaraq TESA tətbiq edilə bilər və uğurlu nəticələr əldə edilə bilər. TESA üsulunda xayada sperma hasilatının mövcud olduğu məlum olduğu üçün spermatozoid tapma şansı 100%-a yaxındır.

SPERMA DONDURMA (SPERMANIN KRİYOPREZERVASİYASI)

Spermatozoidlərin canlılıqlarını(həyat qabiliyyətini) uzun müddət qoruya bilmək məqsədilə onlar dondurularaq saxlanıla bilər və tələb olunduqda dondan açılaraq köməkçi reproduktiv(nəsil artırma) metodlarda istifadə oluna bilər. Dondurulmuş sperma ilə ilk sağlam uşaq 1973 ildə dünyaya gəlmişdir. Dondurma əməliyyatında, bu əməliyyat üçün xüsusi olaraq hazırlanmış krioprotektor adlandırılan məhlullardan istifadə olunur. Canlı hüceyrələrin dondurulması zamanı rast gəlinən ən əsas problem hüceyrənin içindəki suyun donaraq buz kristalları yaratması və bu kristalların hüceyrə strukturunu zədələməsidir. Bunun qarşısını almaq üçün dondurma əməliyyatı zamanı spermatozoidin içindəki su xarici mühitə çıxarılıb krioprotektorun hüceyrənin içinə daxil olması təmin edilir. Dondurulan spermatozoidlər maye azot konteynerlərinin (-196 ̊C) içində saxlanılır. Dondurulmuş spermatozoidlərin dondan açılması zamanı krioprotektor hüceyrədən kənara çıxarılır və hüceyrənin içinə suyun geri doldurulması təmin olunur. Dondurulan spermatozoidlərin dondan açılmasından sonra hərəkətlilik və canlılıq faizində enişin müşahidə olunması ehtimalı vardır. Bunun ən əsas səbəbi dondurulan nümunədəki spermatozoidlərin hamısının bu əməliyyatın stresinə eyni dərəcədə dayanıqlı olmamasıdır. Həmçinin spermatozoidlərin bir qismi əməliyyat zamanı fiziki zədələnməyə də məruz qalır. Bu günə qədər aparılan elmi tədqiqatlar, dondurulmuş dondan açılmış hərəkətli spermatozoidlər ilə tətbiq edilən mikroinyeksiyadan sonra mayalanma və hamiləlik faizlərinin mənfi təsir görmədiklərini göstərir. Əgər dondurma üçün yaxşı keyfiyyətdə kifayət qədər spermatozoidlər əldə edilə bilmişdirsə dondurulub-dondan açılmış spermatozoidlərdən istifadə olunaraq mikroinyeksiyaya əl atıla bilər. Əldə edilən spermatozoidlərin sayı dondurulub saxlanmaq üçün kifayət qədər deyilsə əməliyyat günü xəstəyə təkrar biopsiya əməliyyatı tətbiq edilə bilər. Mikroinyeksiya əməliyyatında spermatozoidlərin canlılığı hərəkətli olub olmadıqlarına baxılaraq qiymətləndirilir. Hərəkətsiz spermatozoidlər hərəkətli spermatozoidlər mövcud olduğu halda seçilmir. TESE əməliyyatı aparılması  zəruri olan azoospermiya olan kişilərə TESE əməliyyatının həyat yoldaşlarından toxum hüceyrələrinin toplanacağı gün aparılması tövsiyə olunur. Bu hallarda spermatozoidlər əldə etmək məqsədi ilə tətbiq olunan metodlar xəstəyə fizioloji, psixoloji və maddi bir yük gətirdiyinə görə, mikroinyeksiya əməliyyatından sonra yerdə qalan sperma hüceyrələri, yetərli olduğu təqdirdə ola biləcək digər əməliyyatlarda istifadə olunmaq məqsədilə dondurulmalıdır. Lakin xayadan əldə edilən spermatozoidlərin sayı çox azdırsa dondan açıldıqda canlı spermatozoidlər tapmaq ehtimalı çox aşağıdır. Bu səbəbdən bu xəstələrə növbəti cəhddə təkrar testikulyar mənşəli spermatozoidlər əldə etmə üsulları tətbiq olunur.

Sperma Dondurma Səbəbləri

Azoospermiya xəstələrində əməliyyat günü testikulyar/epididimal yolla eldə edilən spermatozoidlərdən mikroinyeksiyadan sonra artıq qalan toxumanın və ya diaqnostika məqsədilə aparılan xaya biopsiyasından əldə edilən spermatozoidlərin dondurularaq saxlanması məqsədilə tətbiq edilə bilər.

Xaya xərçəngləri, leykemiya və digər xərçəng növləri olduğu zaman kimyəvi terapiya və / və ya şua terapiyası tətbiq olunacaq hallarda sperma hasilatının böyük ölçüdə əngəllənəcəyinə görə daha sonrakı köməkçi reproduktiv əməliyyatlar üçün spermatozoidlər əldə etmək məqsədilə tətbiq oluna bilər.

Xaya ilə bağlı müxtəlif xəstəliklərin nəticəsində cərrahi müalicə və ya vazektomiya tətbiq olunacaq hallarda gələcəkdə spermatozoidlər əldə etmək məqsədilə aparıla bilər.

Əməliyyat günü psixoloji, ictimai-mədəni və ya dini səbəblərdən sperma vermə ilə bağlı çətinliklərin ola biləcəyi hallarda əməliyyatdan əvvəl sperma alınıb dondurularaq köməkçi nəsil artırma (reproduksiya) məqsədilə istifadə oluna bilər.

Spermanın aparılacaq genetik diaqnostika analizləri və ya elektron mikroskopiya tədqiqatları üçün sperma fondunun(pulunun) yaradılması, beləliklə spermatozoidlərin sayını artıraraq analizlər üçün daha dəqiq məlumat əldə etmə imkanını verir.