Sonsuzluqda Risk Faktorları Hansılardır?

Sonsuzluqda Risk Faktorları Hansılardır?
  • Yaş, sonsuzluq problemində mühüm amildir. Doğuş yaşı 25 yaş ətrafı olan qadınlarda 35 yaşdan sonra hamilə qalma ehtimalı aşağı düşür, 40 yaşdan sonra isə olduqca azalır. Həmçinin uşaqsalma ehtimalı da yaşın keçməsi ilə əlaqədar arta bilər.
  • Uşaqlıq yolunun və borularının iltihablanması nəticəsində boruların tıxanması da sonsuzluq halına səbəb olan daha bir faktordur.
  • Boruların tıxanmasına səbəb olan kiçik çanaq orqanlarının iltihabı xəstəliyi də böyük rol oynayır. Bu xəstəliyin residivi (təkrar olunma) halında sonsuzluq riski artır.
  • Artıq çəkisi olanlar, siqaret və alkoqol istifadəçiləri, bəzi dərmanlar, vitamin çatışmazlığı da sonsuzluq riskini artıran amillərdir.
  • İntensiv məşqlər də sonsuzluq baxımından risklidir.
  • Radioterapiya da spermatozoidlərə zərər v. Xərçəng xəstəliyi sonsuzluq baxımından riskli haldır.

Sonsuzluğa bir və ya bir çox səbəb ola bilər. Bu səbəblər:

İndiki zamanda cütlüklərin təxminən 15%-da rast gəlinən sonsuzluğun səbəbləri qadın, kişi və ya həm qadın həm də kişi ilə bağlı olur. Kişi və qadında sonsuzluğun müşahidə olunma faizi bir-birinə bərabərdir.

Qadınlarda sonsuzluq səbəbləri

  • Ovulyasiyada meydana gələn pozuntular
  • Menstrual pozğunluğa səbəb olan polikistozlu yumurtalıqlar sindromu
  • Borularda zədənin və ya tıxanmanın olması
  • Allergik səbəblər
  • Yaş
  • Siqaret çəkmə
  • Artıq çəki və ya həddindən artıq zəiflik
  • Qeyri-müntəzəm cinsi əlaqə
  • Vaginizm
  • Qeyri-müntəzəm qidalanma
  • Stres
  • Cinsi yolla ötürülən xəstəliklərlə bağlı uşaqlıq boynunda hər hansı bir zədənin olması
  • Uşaqlığın daxilini döşəyən endrometrium toxumasının uşaqlıqdan kənarda inkişaf etməsi, yəni endrometrioz
  • Polip, mioma kimi uşaqlığın daxilinə doğru böyüyən törəmələr
  • Uşaqlıq daxili iltihablanma
  • Antisperm anticisimlərinin ifraz olunması
  • Tiroid(qalxanvari vəz) hormonunun pozğunluğu
  • Cinsiyyət orqanları nahiyəsində müşahidə olunan infeksiyalar
  • Uşaqlıq və yumurtalıqlarla bağlı əvvəllər keçirilmiş cərrahi əməliyyatlar
  • Prolaktin hormonunun ifrazı

Kişilərdə sonsuzluq səbəbləri

  • Kimyəvi maddələrin olduğu mühitdə nəfəs almaq
  • Sperma hasilatı pozğunluqları (spermatozoidlərin forması, sayı və hərəkətliliyi ilə bağlı problemlər)
  • Sperma kanallarının tıxanması
  • İstifadə olunan bəzi dərmanlar
  • Hormonal pozğunluqlar
  • Qeyri-müntəzəm qidalanma
  • Stres
  • Həddindən artıq siqaret çəkmək və alkoqol qəbul etmək
  • Oturaq vəziyyətdə davamlı işləmək
  • Həddindən artıq isti mühitdə işləmək
  • İnfeksiya xəstəlikləri
  • Xayalarda tıxanma

Qadında və kişidə sonsuzluq səbəblərini nə qədər ayrı ayrı göstərsək də xüsusilə ətraf mühit faktorlarının sonsuzluq riskində ortaq bir təsirinin olduğu müşahidə olunur. Həyat keyfiyyətini yüksəltməyin sonsuzluq baxımından nə qədər vacib olması aşkardır…  Əlbəttə, bütün səbəblərə qarşı tədbirlər görərək sonsuzluğun qarşısı alına bilər, lakin mənşəyi (səbəbi) bilinməyən sonsuzluq da suallar doğurur. Bu səbəbdən sonsuzluq ehtimalı olduğu halda həkimə erkən vaxtlarda müraciət etmək məqsədəuyğun olacaqdır.