Sonsuzluğun Səbəbləri

Dövrümüzdə sonsuzluq artıq müalicəsi olan bir xəstəlikdir. Sonsuzluq əsasən həyat tərzimiz, gündəlik həyatımızda fərq etdiyimiz və ya etmədiyimiz ənənəvi şeylər nəticəsində əmələ gəlir. Hal-hazırda səbəbi məlum olmayan sonsuzluq demək olar ki, yoxdur. Sonsuzluğun səbəbini tədqiq etmək üçün qadın və kişinin həyatı ətraflı şəkildə öyrənilməlidir. Məsələn, gördükləri işlər, siqaret, içki istifadə edib-etməməkləri, hər hansı bir xəstəlik keçirdikləri və sair səbəblər müəyyən edilməli və bundan sonra sonsuzluq müalicə edilməlidir. Qadınlarda və kişilərdə sonsuzluq müxtəlif səbəblərdən olur.

Qadınlarda sonsuzluğun səbəbi: 

Ən geniş yayılan 7-8 səbəb vardır. Bunlardan ən birincisi, yumurtalama pozğunluğudur. Bundan əlavə, tez klimakteriya (klimaks) dövrünə başlama, yumurtalıqlarda olan xəstəliklər, immunitetin zəif olması, qadınlıq və ya yaş amili. Bu maddələrə ətraflı şəkildə  diqqət yetirək:

Yumurtalama pozğunluğu: Qadın sonsuzluğunun əsas səbəblərindən biri yumurtalama pozğunluğudur. Buna səbəb olan xəstəliklərdən ən birincisi Endometriozis və Polikistik over sindromudur.  Endometriozis xəstəliyi çikl (aybaşı) dövründə uşaqlığın içəri qatının tökülərək qanamasına yol açan xəstəlikdir. Polikistik  over sindromu, qısaca yumurtalamanın olmamağı və buna bağlı kökəlmə, tüklənmə, və çıkl nizamsızlığı kimi simptomlarla ortaya çıxan xəstəlikdir.

Bunun müalicəsi mümkündür. Müalicə 95% müvəffəqiyyətli olur.

Borucuqlarda xəstəlik və tıxanma: Uşaqlıqla yumurtalıq arasında yerləşən boruların tıxanıq olması, yumurtalıqdan atılan yumurta və spermanın qarışmağına maneə törədərək hamilə qalmağa imkan vermir. Borular bəzən sağlam görünə bilsə də, amma keçirilmiş hər hansı iltihablı xəstəlik, vərəm, polip və ya qarın içi qanaxma boruda xətər yarada bilir. Bunun nəticəsində də hamiləlik baş tutmaz.

Uşaqlıq problemləri: Qadınlarda sonsuzluq xəstəliyinin səbəblərindən biri də uşaqlığın içərisində olan yapışıqlıqlardır. Yumurta ilə sperma uşaqlıqda döllənir. Əvvəllər olunmuş uşaqlıq əməliyyatları, düşmə və ya abort yapışıqlığa səbəb ola bilər. Bu zaman çıkl ya olmur, ya da az olur. Mütəxəssis tərəfindən edilən əməliyyat nəticəsində sağalmaq mümkündür.

Kişilərdə sonsuzluq səbəbləri: 

Kişilərdə sonsuzluq səbəbləri qadınlara nisbətən daha çoxdur. Onların səbəbi sperma analizi ilə müəyyən olunur. Hal-hazırda mikroenjenksiya müalicəsi ilə bu xəstəliyi aradan qaldırmaq mümkündür. Kişilərdə sonsuzluq səbəbləri şağıdakılardır:

  • Keçirilmiş xəstəliklər
  • Həddən artıq isti şəraitdə yaşamaq
  • Oturaraq çalışmaq
  • Bədən formalaşdırmaq üçün içilən dərmanlar
  • Hormonal pozuntu
  • Boya və ya kimyəvi maddələrin kanserogen təsiri
  • Diabet
  • Sperma yollarının tıxanıqlığı
  • Anti-depressiya dərmanların istifadəsi
  • Kimyaterapiya
  • İmmunitet problemləri
  • Siqaret
  • İçki və narkotik
  • Cinsi yolla keçən xəstəliklər
  • Həddən artıq çəki
  • Yuxarıda qeyd edilənlər, bu amillərdən sadəcə bəziləridir.

Uzmana Sorun !