Polikistik Over Sindromu Nədir?

Polikistik Over Sindromu Nədir?

Gənc və orta yaş qadınlarda ən çox görülən xəstəlik, Polikistik Over (PCOS) sindromudur. Poli sözü çox mənasını verir. Polikistik isə çox sayda kist ehtiva edən mənasındadır. Polikistik Over xəstələrinin hamısında olmasa da ümumiyyətlə xəstələrin yumurtalıqlarında çox sayda yan-yana düzülmüş kiçik kistlər müşahidə olunur. Bu kistlərin yumurtalıq kistlerinden fərqi, onlardan daha kiçik olmalarıdır.

Polikistik Over Sindromuna tez-tez rast gəlmək olarmı?

Polikistik over sindromu, ölkəmizdə qadınların 15 faizində görülən, səbəbləri fərdi surətdə dəyişməklə bərabər dəqiq bir səbəbi yoxdur. Lakin burada genetik faktorların üstünlük təşkil etdiyi məlumdur, ailəsində bu xəstəlik olanlarda görülmə ehtimalı daha çoxdur. Dünyada bir çox qadında aşkarlanan bu xəstəlik, müalicə ediləbilir və həmin xəsdələr uşaq sahibi ola bilir.

Polikistik Over’in nə kimi simptomları vardır?

Polikistik over sindromu olan xəstələrdə androgen hormonu həddindən artıq ifraz olunduğu üçün tüklənmə, çəki artımı, dəridəyağlanma, sızanaq şikayətləri görülər. Ayrıca, polikistik over sindromu olan qadınların yumurtalıqları, yumurta inkişaf etdirə bilmir və bu da aybaşı düzensizliğine səbəb olur. Aybaşı nizamsızlığı, qadınlarda rəhm içində qalınlaşma və həddindən artıq qanamalara gətirib çıxarır. Daimi yumurtlamanın olmadığı vəziyyətlərdə hamilə qala bilməmə problemi ola bilər. Bu cür vəziyyətlərdə hamiləliyin meydana gəlməsi üçün sürətləndirici, yumurtlamağı tənzimləyici müalicələr tətbiq olunur. Polikistik over sindromu, yumurtlama pozuntularına görə hamiləlik şansını azaltdığı kimi, müalicə edilmədiyi halda bəzi xəstələrdə şəkər və ürək xəstəliklərinə səbəb ola bilir.

Bu xəstəliyin müalicəsində hansı üsullardan istifadə olunur?

Polikistik over xəstəliyində, fərdi və nizamlı müalicə tətbiq olunduğu halda hamiləlik şansı yüksəkdir. Xəstənin ağır çəkili olması müalicəyə mənfi təsir edən bir faktordur. Ona görə müalicədən əvvəl xəstənin nəzarət altında çəki verməsi təmin edilməlidir. Xəstənin psixoloji olaraq müalicəyə hazır olması, inanması müalicənin müvəffəqiyyət nisbətini artırır. Xəstənin əhvalının yüksək olduğu təqdirdə müalicənin müsbət nəticələndiyi elmi olaraq da sübut edilmişdir.

Polikistik Over sindromunu dərmanla müalicə etmək mümkünmüdür?

Dərmanla müalicəsi mümkün olan bu xəstəlikdə xəstənin vəziyyətinə görə tətbiq olunan dərman müalicəsində dərman dozasının doğru nizamlanması çox əhəmiyyətlidir. Yumurtalıqlar dərmanlara qarşı həddindən artıq həssas ola bilərlər, bu həssaslığa diqqət edilməlidir, əks təqdirdə bir vəziyyətdə həyati təhlükəyə səbəb ola biləcək kistlər ortaya çıxa bilər. Overyen hiperstimulasiya adı verilən, qarında maye toplanması, qabarıqlıq, qandakı maye nisbətinin azalması, qanda laxtalanmağa səbəb olan bu xəstəlik ortaya çıxa bilər. Müalicəsi uzun sürən xəstəlik, insanın həyatını da təhlükə altına sala bilər. Bu səbəblə xəstələrə verilən yumurtlama dərmanlarına çox diqqət edilməli, bu işdə mütəxəssis olan həkimlər seçilməlidir.

Həkimin və müalicə mərkəzinin peşəkarlığı əhəmiyyətli ola bilərmi?

Həkimin öz sahəsində peşəkar mütəxəssis olması xəstənin xeyrinədir. Müalicə müddətində bir çox fəsad inkişaf edə bilər. Təcrübəli həkimlər olacaqları əvvəldən müəyyən edir və xəstəyə lazımi, düzgün mualicəni böyük bir soyuqqanlılıqla reallaşdıra bilir. Ayrıca, müalicə planlamasının doğru bir şəkildə edilməməsi çox döllü hamiləliklərə səbəb ola bilər. Hamilə qadının səhhəti üçün çox döllü hamiləlik düşünülməməlidir. Müalicə mərkəzinin muasirliyi də həkimin işini asanlaşdırır. Ayrıca olduqca steril və lazımi avadanlıqla təchiz edilmiş xəstəxanaların müalicədə müvəffəqiyyət şansı olduqca yüksəkdir.