Molekular Genetik

Molekular Genetik

Monogen xəstəliklərin diaqnozları molekulyar metodlarla qoyulur. Bu xəstəliklərin insanda müəyyən olunması müxtəlif mərhələlərdə aparılır.

Monogen Xəstəliklər

İnsan genom lahiyəsinin başa çatmasından sonra insan genomunda təxminən 30 min gen olduğu müəyyən olunmuşdur. Hər bir genin əmələ gətirə biləcəyi xəstəliklərə monogen xəstəlikləri deyilir və irsi olaraq gələcək nəsillərə ötürülmə riski yaradır.

Monogen xəstəliklərin diaqnozları molekulyar metodlarla qoyulur. Bu xəstəliklərin insanda müəyyən olunması müxtəlif mərhələlərdə aparılır.

Postnatal Diaqnostika: Doğuşdan sonra aparılan müayinələrdir

Prenatal Diaqnostika: Doğuşdan əvvəl (hamiləlik zamanı) ana bətnindəki uşağa edilən müayinələrdir

İmplantasiya qabağı Genetik Diaqnostika: Ana uşaqlığına yerləşdirilməmişdən öncə embrionlar üçün aparılan müayinələrdir

Kistozlu Fibroz(Mukovissidoz)

Kistozlu Fibroz bütün dünyada tez-tez rast gəlinən irsi xəstəliklərdən biridir. Kistozlu fibroz, tənəffüs və həzm sisteminin səthini örtən hüceyrələrdə natrium və xlor ionlarının daşınmasını təmin edən zülalı hasil edən CFTR genindəki mutasiyalar nəticəsində meydana gəlir. Mutasiyalar nəticəsində mukus təbəqəsi daha da qalınlaşır və ağciyərlərin tıxanmasına və infeksiyaların inkişafına, mədəaltı vəzi tutularaq həzm fermentlərinin bağırsağa çatmasının çətinləşməsinə səbəb olur.

Kistozlu fibroz transmembran ötürülmə tənzimləyicisi (CFTR) geni 7 nömrəli xromosomda yerləşir. CFTR genində təxminən 1400 ədəd mutasiya müəyyən olunmuşdur. Mutasiyaların yaradacağı təsirlər bir-birlərindən fərqlidir. Bəzi mutasiyalar CFTR zülalının normadan kiçik və ya kifayət etməyən miqdarda hasil olmasına yol açarkən, digərləri zülalın requlyasiyasını və ya hüceyrə membranındakı lokalizasiyasını(yerləşməsini) əngəllədirlər. Bəzi mutasiyalar Kistozlu Fibroz xəstəliyinə səbəb olarkən CFTR genində yaranan bəzi mutasiyalar kişilərdə sonsuzluğa səbəb olur. Bu mutasiyalar xayalardan sperma daşıyan kanalların birinin (CUAVD: Congenital Unilateral Absence of Vas

Deferens) və ya hər ikisinin də (CBAVD: Congenital Bilateral Absence of Vas Deferens) inkişaf etməməsinə səbəb olur. Baxmayaraq ki, xayalar normal inkişaf etmişdir və cinsi funksiyalar normal işləyir məni yolunun inkişaf etməmiş olması səbəbindən kişi reproduktiv sistemindəki sperma hüceyrələri məniyə daşına bilmir.

Kistozlu Fibroz xəstəliyinin molekulyar diaqnostikası bütün dünyada ən yayılmış olan 33 mutasiyaya əlavə olaraq polyT hissəsi PCR-OLA (polimeraz zəncirvari reaksiyası – oligonucleotide ligation assay ) üsulu ilə yoxlanılır(skan edilir). Türk cəmiyyəti çox heterogen(müxtəlif tipli) olduğuna görə kistozlu fibroz diaqnostikası dəqiq qoyulan xəstələrdə mutasiya sayı genetik ardıcıllıqla 500-ə qədər çata bilər.

Kistozlu fibroz xəstəliyinin müşahidə olunma tezliyi yüksək olduğuna görə Kistozlu fibroz mutasiyası müəyyən edilən CBAVD xəstələrinin həmçinin həyat yoldaşlarında da gen yoxlaması aparılmalıdır. Həyat yoldaşında da kistozlu fibroz müəyyən edilən xəstələrdə İmplantasiya qabağı Genetik Diaqnostika və ya hamiləlikdən sonra prenatal diaqnostika əməliyyatlarını mərkəzimizdə həyata keçiririk.

Y-Xromosomunun Mikrodelesiyaları

Kişi cinsiyyətinin müəyyən olunmasında rol oynayan Y xromosomu əsasında spermanın yaradılmasında və inkişafında iştirak edən genlər vardır. Y xromosomunun p qolunda yerləşən bu genlərin olduğu hissə AZF (Azoospermia factor) hissəsi adlanır. Bu hissədəki genlər 3 qrupa bölünmüşdür. AZFa, AZFb və AZFc hissələri.

Y delesiyaları xüsusilə 1 milyon spermatozoid/ml-dən aşağı olan xəstələrdə müəyyən edilir. Ən çox rast gəlinən delesiyalar AZFc (təxminən 60%) hissəsindədir. Onun ardınca isə AZFb və AZFb+c və ya AZF a+b+c hissələri (35%) gəlir. AZFa hissəsində müşahidə olunan delesiyalar olduqca nadirdir (5%). Delesiyalar digər androloji diaqnozlarla birlikdə (varikosele, kriptorxidizm, hipoqonadotropik hipoqonadizm, obstruktiv azoospermiya) müşahidə olunma ehtimalı (7%) baxımından müstəqildir. AZFa və ya AZFb hissələrinin hamısının (complete) delesiyası Sertoli Cell-only (SCO) və spermatogenetik arest ilə əlaqəlidir. Bu hissələrin qismən delesiyası və ya AZFc hissəsinin qismən və ya tam delesiyası hipospermatogenez (oliqospermiya) ilə Sertoli Cell-only sindromu arasında dəyişkən fenotiplərlə uyğun görünür.

Y xromosomunun mikrodelesiya yoxlaması diaqnostik, proqnostik ve profilaktik əhəmiyyətə malikdir. Azoospermiya xəstələrində rast gəlinəcək tam AZFa və ya AZFb delesiyaları testikulyar(xaya) spermanın əldə edilməsi baxımından negativ(mənfi) prognostik dəyərə malikdir.

Y xromosomunun mikrodelesiyaları mərkəzimizdə molekulyar üsullarla müəyyən olunur. AZF hissəsi üçün 28 fərqli STS-ə (sequence tagged site) baxılır. Hər bir hissə multiplex Fluoressensiya PCR(Fluorescent polymerase chain reaction) üsulu ilə çoxaldılaraq sekvensiya(ardıcıllıq) analizi cihazında fraqmentativ analiz üsulu ilə araşdırılır.