Menstruasiya Qabağı Sindrom

Menstruasiya Qabağı Sindrom

PMS və ya xalq dilində menstruasiya qabağı sindrom, bəzi gənc qadınlarda gözlənilən aybaşıdan 10-15 gün əvvəl başlayan və aybaşı bitənə qədər ani əhval dəyişiklikləri, yuxu pozğunluqları, gərginlik, döş nahiyəsində həssaslıq, şişkinlik, halsızlıq, hərarətin artması, həzm pozğunluğu, baş və qasıq nahiyəsində ağrı, qıcolma, bəzi dəri problemləri və konsentrasiya çatışmazlığı kimi şikayətlər ilə müşayiət olunan sindromdur. Yuxarıda qeyd olunan menstruasiya qabağı sindrom şikayətləri aybaşı qanaxmasından əvvəl başlayır və qanaxmanın başlaması ilə bərabər bu əlamətlər yavaş-yavaş yox olur.

PMS-in, yəni menstruasiya qabağı sindrom şikayətləri qadınların bəzilərində narahat edici lakin dözülən olsalar da, bəzi qadınlarda bu şikayətlər olduqca güclü hiss edilir.

Aybaşı vaxtından əvvəl müşahidə olunan PMS, yəni menstruasiya qabağı sindromun səbəbi nədir?

PMS-in səbəbləri ilə bağlı aparılan araşdırmalar hələ davam etsə də bu zamana qədər bu araşdırmalar nəticəsində əldə edilən məlumatlara əsasən menstruasiya qabağı sindromun baş verməsinin ən əsas faktoru aybaşı dövründə bədəndə baş verən hormonal dəyişikliklərdir.

Aybaşı dövründən əvvəl müşahidə olunan PMS-i, yəni menstruasiya qabağı sindromu necə müəyyən etmək olar?

Bunu müəyyən etməyin ən asan yolu ən azı iki və ya üç ay ərzində müşahidə olunan aybaşı qanaxmasından əvvəl, menstruasiya qabağı sindrom əlamətlərinin olub olmadığına dair gündəlik tutmaqdır. Gündəlikdə ani əhval və hal dəyişikliklərinin tezliyi, dəridə aknenin əmələ gəlib gəlməməsi və qasıq nahiyəsində müşahidə olunan ağrının şiddətlilik dərəcəsi kimi simptomların gedişatı qeyd edilə bilər. Lakin menstruasiya qabağı sindrom və ya digər adı ilə PMS əlamətləri bəzi xəstəliklərlə oxşar xüsusiyyətlərə malik olurlar, buna görə də menstruasiya qabağı sindromun diaqnozunu qoymamışdan əvvəl həkim fiziki və ya kiçik çanaq orqanlarının müayinəsindən keçməyinizi təklif edə bilər.

Aybaşıdan əvvəl təxminən bir həftə ərzində menstruasiya qabağı sindrom əlamətləri özlərini güclü büruzə verərlərsə, ola bilsin ki siz PMS deyil, digər bir potensial PMDD (Menstrusiya Qabağı Disforik Pozğunluq) keçirirsiniz. PMDD diaqnozu qoyulduğu təqdirdə onun müalicə olunması lazımdır. Bu müalicələr daha çox həyat tərzinə edilən dəyişikliklər, antidepressantlar və ya terapiya ola bilər. Aybaşı dövründən əvvəl menstruasiya qabağı sindroma bənzər güclü şikayətlər müşahidə olunursa və PMDD şübhəsi mövcuddursa, bu halda gözləmədən həkimə müraciət etməniz tövsiyə olunur.