Hamiləlikdə Çox Görülən Vaginal İnfeksiyalar - Süni Mayalanma Mərkəzi Hamiləlikdə Çox Görülən Vaginal İnfeksiyalar

əlaqə forması

GÖRÜŞ AL

 

Hamiləlikdə Çox Görülən Vaginal İnfeksiyalar

Hamiləlikdə Çox Görülən Vaginal İnfeksiyalar

Bir çox hamilələrdə vaginal axıntı olur. Bunların çoxu hamiləliyin nəticəsində yaranan fizioloji axıntılardır və hər hansı bir müalicəyə ehtiyac yoxdur. Ancaq bu tərz vəziyyətlərin xaricində bəzən vaginal infeksiyalar səbəbi ilə də axıntı ola bilər. Vaginal infeksiyalara isə bakteriya, göbələk və parazitlər səbəb olur. Ana namizədlərində ən çox görülən vaginal infeksiyalar bakterial vaginozis, göbələk və vaginittir.

Bakterial vaginozis

Ana namizədlərində ən çox ortaya çıxan bakterial vaginozis infeksiyasının səbəbi Gardnerella vaginalisdir. İnfeksiyanın əlamətləri arasında incə konsistensiyada, boz, homogen, balıq qoxusunu xatırladan axıntı yer alır. Bakterial vaginozis infeksiyasının səbəbi normal floradaki laktobasillərin azalmasıdır. Xəstəlik cinsi əlaqə ilə yoluxmaz. Ancaq körpənin suyunun erkən gəlməsi, erkən doğum və koryoamniyonit (rəhm içi infeksiya) riskini özü ilə gətirər. Ana namizədində bakterial vaginozis varsa mütləq müalicə edilməlidir.

Göbələk infeksiyası

Ən çox candida albicansa səbəbiylə görülən göbələk infeksiyasını orta hesabla olaraq qadınların 75 faizi ən az bir dəfə keçirirlər. İnfeksiyanın varlığında ən çox rast gəlinən əlamətlər vulva və vaginada qaşıntı, pendir kəsiyi şəklində, qoxusuz, ağ rəngdə axıntıdır. Ayrıca infeksiya qaşıntıya səbəb olduğundan, xəstədə buna bağlı olaraq qızartı, sidiyə gedərkən yanma da ola bilər. Ana namizədlərində göbələk infeksiyasının tez-tez görülməsinə səbəblərindən biri, hamiləlik müddətində vagen ph’ında dəyişikliklərin meydana gəlməsidir. Əgər ana namizədinin hər hansı bir şikayəti olmadan göbələk infeksiyasının varlığı müəyyən olunmuşsa müalicəyə ehtiyac olmaz. Ancaq hamilələrdə diqqətə çarpan şikayətlər mövcuddusa müalicə üçün ana namizədinin istifadə edə biləcəyi lokal fitil və kremlər tətbiq oluna bilər. Göbələk infeksiyası bəzi hallarda hamiləlik müddətində təkrarlana bilər. Doğumun ardından bu infeksiya ümumiyyətlə keçir. Xəstəlik cinsi təmasla bulaşmadığından xəstənin həyat yoldaşı müalicə edilmək məcburiyyətində deyildir.

Vaginit

Hamilələrin 25 faizində görülən vaginitə, Trichomonas vaginit səbəb olur. Xəstələrin şikayətlərinin başında pis qoxulu, bol köpüklü, sarı rəngli axıntı və bunlara yoldaşlıq edən qaşıntı yer alır. Vaginit cinsi yolla bulaşan bir infeksiyadır. Bu səbəblə mütləq həyət yoldaşı da müalicə edilməlidir. Xəstəliyin hamiləlik üçün nə kimi risklər daşıdığı dəqiq olaraq bilinmir. Ancaq körpənin sularının erkən gəlməsi və erkən doğum riskinin artırdığı fərz edilir. Bu səbəblə ana namizədində vaginit müəyyən olunsa dərhal müalicə edilməlidir.

Infeksiyadan qorunmaq üçün təkliflər bunlardır;

• Pambıq alt paltarlardan istifadə

• Alt paltarlarını gündə ən az iki dəfə dəyişdirmək

• Paltarları paltar yuyan tozla deyil sabunla yumaq və isdi ütüyle ütüləmək

• Həddindən artıq şəkərli qidalardan qaçınmaq

• Prezervativdən istifadə

 

Azospermi 

əlaqə forması