Hamilə Qalmağa Maneə Olan Faktorlar Hansılardır?

Hamilə Qalmağa Maneə Olan Faktorlar Hansılardır?

Qadın və kişilərdə hamilə qalmağı çətinləşdirən bəzi faktorlar var. Keçirilmiş infeksiyalar, anadangəlmə səbəblər, siqaret və spirtli içkilər, stress, rəhmdə olan miyom-polip kimi strukturlar, sperma kanallarında doğuşdan ya da sonradan meydana gələn problemlər kimi faktorlar sonsuzluğa yol açırlar. Bununda yanaşı qadınlarda sonsuzluğa yol açan ən əhəmiyyətli faktor qadının yaşının artmasıdır. Qadının yaşı irəlilədikcə yumurtalıq ehtiyatları, sayı və keyfiyyət azalır. Doguş bacarığının itməsi xüsusilə 35 yaşından sonra görülür.

Hamiləliyə maneə olan səbəblərdən bəziləri…

  • Daimi cinsi əlaqənin olmaması: Hamiləliyin təmin edilməsi üçün ideal olaraq tez-tez və nizamlı olaraq cinsi əlaqə lazımdır. İki gündə bir, həftə ən az 2 dəfə olmaq üzrə cinsi əlaqədə olmaq hamiləlik şansını artırmaqdadır.
  • Yumurtlama dövrü, qadınların hamilə qalma şansının yüksək olduğu bir dövrdür. Bu dövrlərdə cinsi əlaqədə olmamaq, hamilə qalmağa maneə törədən faktorlar arasında sayılmaqdadır.
  • Ana namizədinin siqaret istifadə etməsi, hamilə qalma şansını azaldır. Siqaret istifadəsi, menopoz yaşını önə alarkən, yumurtaların keyfiyyət və sayını azaldır.
  • Artıq çəki reproduktiv (doğurqan) orqanlarının funksiyasını poza bilər. Bu səbəblə də çox kilo hamilə qalmağı maneə ola bilər.
  • Həddindən artıq zəiflik da hamilə qalma şansını mənfi təsir edən bir faktordur.
  • Əmizdirmə dövründə hamilə qalmaq çətinləşir ancaq əmizdirmə buraxıldığında tamamilə normala dönər.
  • Cütlüklərin həddindən artıq stressə məruz qalması hamilə qalmağı azaldan faktorların başında gəlir.

 

hamilə-qalmağa-mane-faktorlar-nələrdir

 

Hamilə qalma ehtimalını azaldan xəstəliklər…

  • Süd hormonu, prolaktin yüksəkliyi
  • Troid hormon pozuqluqları
  • Yumurtalıqlara cərrahi yolla müdaxilə edilmiş olması
  • Tüplərdəki tıxanma
  • Tüplərə cərrahi müdaxilə tətbiq olunması
  • Şokolad kisti
  • Rəhim içində septum olması
  • Rəhim içində miyom ya da polip olması
  • Polikistik over sendormu
  • Rəhim və yumurtalıqlarda meydana gələn infeksiyalar
  • Yumurtlama nizamsızlıqları
  • Xroniki xəstəliklər

 

hamilə-qalmağa-mane-faktorlar-nələrdir-3

 

Hamilə qalmağa maneə olmayan faktorlar  hansılardır?

Bəzi faktorların hamilə qalmağa maneə olduğu düşünlür. Ancaq aşağıdakı faktorlar hamilə qalmağa mane olmur.

  • Daha əvvəl doğuşun olması,
  • Doğum kontrol iynəsi istifadə etmək,
  • Aybaşı gecikdirici dərmanlardan istifadə etmək,
  • Keçmişdə spiral istifadə etməsi,
  • Abort olması,
  • Boş hamiləlik,
  • Xarici hamiləlik,
  • Erkən egakulasya,
  • Antibiotik istifadəsi,
  • Adət dövründə cinsi əlaqədə olmaq,
  • Rəhm ağızı üçün yandırma və dondurma müalicələri
  • Mantar,
  • Həcmi kiçik miyom ya da polip,
  • Genetik estetik