Həftə Həftə Hamiləlik (8. Həftə) - Süni Mayalanma Mərkəzi Həftə Həftə Hamiləlik (8. Həftə)

əlaqə forması

GÖRÜŞ AL

 

Həftə Həftə Hamiləlik (8. Həftə)

Həftə Həftə Hamiləlik (8. Həftə)

Hamiləliyin 8ci həftəsində, 2 aylıq bir körpədən bəhs edilir. Keçən həftə körpənin qolları və qıçları meydana gəlmişdi, bu həftə isə körpənin barmaqları meydana gəlməyə başlayır. 8ci həftədə boyu təxminən 2 santimetr, bir paxla böyüklüyündə olan körpənin göz qapaqları meydana gəlməyə və retinadakı sinir hüceyrələri inkişafa başlar, ciyərlərə oksigen çatdıran nəfəs borusu da genişlənir. Bu mərhələdə cinsi orqan hələ meydana gəlmədiyindən, körpənin cinsiyyəti müəyyən deyil. 8ci həftənin sonuna doğru burun ucu, qulaqlar içdən və xaricdən şəklini alır və ürəyin içində bədənə qan axışını təmin edən ana damar (aorta) və ağciyər alveolları açıq görünür. Bu həftə korpənin bədəni diqqətə çarpan bir sürətlə genişlənir və uzanar. Möcüzəvi bir sürətlə inkişaf edən körpənin ürəyi dəqiqədə 150 dəfə atmaqda, anaya və həyata möhkəm tutunmaqdadır.

Hamiləliyin 8ci  həftəsində ana namizədində hansı dəyişikliklər yaşanır?

8 həftəlik bir hamiləlikdə ana namizədinin uşaqlığı bir portağal böyüklüyündədir və uşaqlıq sidik kisəsini sixdıqından bu dövrdə ana namizədi tez-tez sidiyə çıxmaq ehtiyyacı olacaq. Bu həftə qadının hamiləlikdən qaynaqlı dəri problemləri yaşamağa başlayacağı dövrdür. Hamiləlik hormonlarının təsiriylə dəridə yağ ifrazatı artdığından eynilə yetkinlik dövründə olduğu kimi həddindən artıq sızanaq meydana gələ bilər. Ancaq bu şikayətlər uzun davamlı olmayacaq. Körpə ana bətnində hələ bir paxla dənəsi qədər olmasına baxmayaraq ananın qarnı, basanlara genişləməyə böyüməyə başlamışdır. Çox deyil ancaq bir bədən böyük geyimlər, rahar iç geyimləri hələlik ana namizədlərinə çatacaq. Döşlər hamiləliyin 6cı və 8-ci həftələrində böyüməyə başlayır və bu böyümə hamiləliyin sonuna qədər yavaş-yavaş davam edər. Doğuma qədər döşlər təxminən 2 bədən böyüyəcək.

8ci  həftə qusmalar, həzm problemləri və mədə yanması artarı;

Hamiləliyin başından bəri yaşanan səhər bulantıları və qusmalar bu həftə də davam edəcəyindən, az və tez yemək, kraker tərzi duzlu atıştırmalıklarla mədəni yatırmaq yaxşı olacaq. Bulantıları artıran ən əhəmiyyətli faktor ac qalmaq olduğu üçün, ana namizədlərinin çantasında, cibində aşağı kalorili və duzlu qəlyanaltılar olması lazımdır. Hamiləliyin ilk həftəsindən etibarən gündə üç böyük payla bəslənməyi buraxmaq lazımdır. Bunun yerinə gündə 5-6 pay az miqdarda yemək, həm həzm problemlərini həm də mədə bulantılarını azaldar. Həzm narahatlıqlarını azalda bilmək üçün yeməkdən sonra mütləq 15-20 dəqiqəlik yüngül yürüyüş etmək çox faydalı olacaq. Ayrıca həddindən artıq, yağlı, duzlu, qızardılmış, ədviyyatlı qidalardan uzaq dayanaraq həm həddindən artıq kilo alışı həm də mədə yanmaları qarşısı alınmış olar.

Hamiləliyin 8ci həftəsi üçün ana namizədinə təkliflər:

  1. Hamiləliyin başladığı gündən etibarən ana namizədi gündəlik fərdi təmizliyinə normal dövrlərdən daha çox diqqət etməlidir. Əlləri tez-tez yumağa, tualet ehtiyacından sonra vaginal infeksiyaları qarşısını almamağa diqqət göstərilməlidir.
  2. Dəyişən hormonsal tarazlıqların təsiriylə davamlı yorğun və halsız olan ana namizədinin ən əhəmiyyətli ehtiyacı rahat bir gecə yuxusudur. Rahat bir yataqda, normal otaq temperaturunda təxminən 8 saatlıq gecə yuxusu ana namizədinə yaxşı gələcəkdir.
  3. Hamiləlikdə ana namizədlərinin ən tez qarşılaşdıqları problemlərdən biri də bud və ayaq kramplarıdır. Bunları önləmək üçün gündəlik yüngül məşqlər, yürüyüşlər etmək, gecələri yatmadan əvvəl ayaqlara masaj etmək yaxşı olacaq.

əlaqə forması