Həftə Həftə Hamiləlik (2. Həftə)

Həftə Həftə Hamiləlik (2. Həftə)

 

Hamiləlik  dördüncü həftədən etibarən hesablanır. Çünkü yumurtanın mayalanma zamanı tam olaraq bilinmədiyindən son aybaşının bitməsi, hamiləliyin başlanması olaraq düşünülür. Bu baxımdan 1-ci, 2-ci., və 3-cü. həftələrdə daha hamiləlik baş verməmiş  qəbul edilir. 1-ci həftə yumurta birləşəcəyi spermanı gözləyər, ikinci həftə sperma və yumurta görüşür və mayalanma baş verir. Embrion uşaqlığa yerləşəndə, ana namizədi aybaşının gecikdiyini düşündüyndə artıq körpə təxminən dörd həftəlik olmuş olur. Bu səbəblərə görə hamiləliyin ikinci həftəsi üçün deyilən ən dəqiq məlumat, sperma və yumurtanın birləşdiyi və mayalanmanın reallaşdığıdır.

Hamiləliyin 2-ci həftəsi…

Hamiləliyin ikinci həftəsində, ana namizəd hələ hamilə olduğunu bilməsə də hormonları və orqanları onu körpəyə hazırlaşdırır. Hamiləliyin ikinci həftəsində yumurta hüceyrəsinin inkişafı ana namizədin yumurtalıqlarında davam edir. Mayalanma  meydana gəldikdən sonra meydana gələcək olan embrionun rahatca uşaqlıq divarına yapışmasını təmin edəcək olan uşaqlıq zarı bu həftə qalınlaşmağa başlayır. Bunun yanında embrionun ehtiyaclarını qarşılaya bilmək üçün bu bölgədə qanlanma nisbəti artar. İkinci həftənin sonunda kifayət qədər inkişaf edən yumurta çatlayaraq yumurtalıqlardan atılır və bu şəkildə yumurtlama meydana gəlmiş olur. Tək tərəfli  hamiləliklər söz mövzusu olduğunda bir aybaşı dövrü içində qadında yalnız bir dənə yumurta çıxarılıb çatlarkən, əkiz və üçüz hamiləliklərdə körpə sayı qədər yumurta törəyər və çatlar.

Hamiləliyin 2-ci  həftəsində ən sıx qarşılaşılan problemlər nələrdir?

Mayalanma reallaşdığı halda bu vəziyyətdən xəbərsiz olan ana namizədlərinin  48%nin sinələrində ağrı və həddindən artıq həssaslıq hiss edilir. Aybaşı günü gecikən qadınların da əksəriyyətində rast gəlinən bu hal ana namizədləri tərəfindən ümumiyyətlə hamiləlik əlaməti olaraq dəyərləndirilməkdədir. Bunun yanında uşaqlıq şişməyə başladığı üçün mədəyə təzyiq etməyə başlayır və qəbizlik,turşuluqun artması kimi şikayətlər tez-tez yaşanır. Hamiləliyin ikinci həftəsini yaşayan ana namizədlərinin tez-tez görülən dəyişmə və problemlərdən biri də həddindən artıq yorğunluq və halsızlıqdır. Hamiləliyin ikinci həftəsindəki qadınların təxminən 44% -i qeyri-adi bir yorğunluqdan və az qala heç güc sərf etməmələrinə baxmayaraq halsız olmaqdan şikayət edər.

Hamiləliyin 2-ci həftəsində ana namizədinə düşən vəzifələr hansılardır?

Hamiləliyin ikinci həftəsində bir çox ana namizəd hamilə olduğunu hələ bilmədiyindən həyatında elə də çox dəyişiklik etməz. Ancaq hamiləlik planlaşdıran qadınların, həkimin hamiləlik reallaşması üçün uyğun bildiyi zamanda yemə, içmə, iş və ictimai fəaliyyətlərə əlavə diqqət göstərməsi lazımdır. Məsələn hamiləlik planlaşdıran və həkimindən bu dövrün uyğun olduğunu öyrənən qadının həddindən artıq duzlu, yağlı hazır qidalardan qaçması, vitamin, mineral və kalsium tərkibli qidalanması və xüsusilə də maye qəbuluna, gündə təxminən iki litr yarım su içməyə diqqət etməsi lazımdır. Bundan əlavə hamiləlik başlamazdan əvvəl, daha hələ planlanarkən folik turşusu  istifadəsinə başlamaq lazımdır. Hamiləlik düşünən qadınlara gündə 400 mikrogram folik turşusu almaları tövsiyə olunur. Bu folik turşusu həblərlə alına biləcəyi kimi yüksək miqdarda folik turşusu olan qidalarla da alına bilər. Folik turşu ehtiva edən qidalar; portağal suyu, meyvələr, taxıllar, yer fındığı, dana ciyəri, paxlalılar və yaşıl yarpaqlı tərəvəzlərdir. Hamiləlik əvvəlində və əsnasında lazımlı olan miqdarda folik turşusu qəbulu, körpənin mərkəzi sinir sistemində meydana gələbiləcək problemləri qarşısını almaqdadır. Məsələn, körpənin onurğasında açıqlıq, beyin toxumasının inkişaf etməməsi kimi problemlərin fol turşusu ilə qarşısı alınmaqdadır.