Süni Mayalanma

Endometriozis sonrası hamilə qalma şansı nə qədərdir?

Endometriozis sonrası hamilə qalma şansı nə qədərdir?

Endometriozis (şokolad kisti) nədir?

Uşaqlıq içində meydana gəlməsi lazım olan endometrium hüceyrələrinin uşaqlıqxarici başqa bir bölgədə meydana gəlməsi ilə yaranan xəstəliyə endometriozis deyilir. Endometrium toxumasının normal şərtlərdə yalnız uşaqlıq içində böyüməsi lazımdır. Ancaq bəzi hallarda uşaqlıqxarici başqa bir yerdə də böyüyə bilər. Məsələn, yumurtalıq kanallarında, sidik torbasında, uşaqlıq xaricində bir yerdə və hətta bağırsaqlarda böyüyə bilər. Bu, uşaqlıqxarici başqa bir yerdə böyüyən toxuma endometriozis olaraq təyin olunar. Endometriozis uşaqlıq xaricində hər hansı bir yerdə böyüyərkən böyüdüyü və yaxınlığındakı orqanlara təmas edə bilər və zərır görməsinə yol aça bilər. Yaxınlaşma və zədələnmə nəticəsində adamda ağrı və “yapışıqlıqlar” meydana gələr.

Endometriozisin əlamətləri nədir?

Endometriozis xəstəliyi olan qadınların əksəriyyətində əzələ ağrısı, qarın ağrısı və sancılı aybaşı şikayətləri olur. Ancaq bəzi xəstələrdə heç bir əlamət görünməyə bilər. Əgər endometriozis “yapışıqlıqlara” səbəb olubsa, bu, hamilə qalmağı çətinləşdirə bilər. Bəzi xəstələrdə hamilə qalmaq qeyri-mümkün ola bilər. Sonsuzluq problemi yaşayan qadınlarda endometriozis varlığı % 35-50 ətrafındadır.

Endometriozis necə təsbit edilir?

Endometriozis xəstəliyində qəti diaqnoz laporoskopi üsulu ilə qoyulur. Endometriozisin “yapışıqlığa” yol açıb-açmaması laporoskopi üsulu ilə araşdırılaraq müəyyən edilir. Əgər endometriozis yumurtalıqların içindədirsə, o zaman şokolad kistlərinin, yəni şişlərin meydana gəlməsinə səbəb ola bilər. Endometriozis xəstələrinin əksəriyyətində şokolad kisti aşkarlanmaqdadır. Əgər xəstədə şokolad kisti meydana gəlmişdirsə, o zaman bu, ultrasəs müayinəsi aşkar edilə bilər. Şokolad kistlərinin müalicəsi üçün laporoskopik cərrahiyyə üsulundan istifadə edilir. Şokolad kistləri yalnız cərrahiyyə əməliyyatları ilə tamamilə aradan qaldırıla bilər.

Laporoskopi üsulu

Laporoskopik cərrahiyyə ilə göbək çuxuru və ətrafından kiçik kəsiklər açılır. Teleskopa bənzər bir alət ilə açılan kəsiklərdən içəri daxil olunur və kameranın yardımı ilə qarın daxilində endometriozisin olub-olmadığı araşdırılır. Əgər endometriozis aşkarlanmış və bu, “yapışıqlıqlara” yol açmışsa, bunlardan xilas olmaq üçün kəsilmiş yerlərdən kiçik alətlər daxilə yerləşdirilir. Kəsiklər çox kiçik olduğu üçün sonradan qarın hissənin görünüşündə problem yaşanmaz və qalan izlər bəlli olmaz. Əgər xəstə laporoskopi üsulla endometriozis əməliyyatı keçirmişsə, adətən həmin gün evinə dönə bilər.

Digər cərrahiyyə əməliyyatlarında olduğu kimi laporoskopi ilə edilən cərrahiyyə əməliyyatlarında da bəzi risk və ağırlaşmalar ola bilər. Bu risklər bu şəkildə sıralanır:

  • qanaxma,

  • iltihab,

  • anesteziyaya həssaslıq nəticəsində bağırsaq və ya başqa orqanlarda zədələr meydana gələ bilər.

Ancaq bu risklərə çox nadir hallarda rast gəlinir.

ENDOMETRİOZİS SƏBƏBİ İLƏ ƏMƏLİYYAT OLUNDUQDAN SONRA HAMİLƏ QALMA ŞANSI VARMI?

Endometriozis xəstəsi olan və eyni zamanda uşaq sahibi olmaq istəyənlərin endometriozis əməliyyatından sonra hamilə qalma ehtimalı yüksəkdir. Bəs, hamilə qalma ehtimalı hansı hallarda təxmin edilə bilməz?

Əməliyyatdan sonra qadının təbii yolla hamilə qalması üçün ən azı 6 ay gözlənilməlidir. Əgər hamiləlik meydana gəlməmişdirsə, o zaman xəstə süni mayalanma üsulu ilə müalicə edilməlidir: tüp körpə müalicəsi və peyvənd etmə kimi. Əgər əməliyyat olan qadın 35 yaşını keçmişdirsə, onda vaxt itirməmək lazımdır. Bu cür xəstələrin hamilə qala bilməsi üçün birbaşa tüp körpə müalicəsinə alınması lazımdır.

 

Sonsuzluq