Embryo Freezing (Embrionların Dondurulması)

Embryo Freezing (Embrionların Dondurulması)

Embrionların dondurulması süni mayalanma müalicəsi üçün müraciət etmiş cütlükləri bir çox rahatlıqlarla təmin edir. Əgər süni mayalanma və ya mikroinyeksiya tətbiq edildikdən sonra hamiləlik əldə edilməzsə, hamiləlik əldə edilib uşaqsalma ilə nəticələnərsə və ya doğuşla nəticələnən bir hamiləlikdən sonra cütlük təkrar bir uşaq dünyaya gətirməyə qərar verərsə, daha öncə öz sperma və toxum hüceyrələrinin mayalanması ilə əldə edilmiş dondurulmuş embrionlar dondan açılaraq qadının uşaqlığına yerləşdirilib hamiləliyin meydana gəlməsini təmin edə bilər. Beləliklə qadına uzun müddətli hormonal dərmanların verilməsinin qarşısının alınması kimi süni mayalanma əməliyyatındakı lazım olan bütün mərhələlər keçiriləcəyi üçün maliyyə baxımından da cütlüklərə son dərəcə yüksək rahatlıq verir. Embrionların dondurulması müxtəlif səbəblərdən məcburi olaraq da həyata keçirilir. Əgər embrionların köçürüləcəyi müddətdə qadında hər hansı bir problem meydana gələrsə (məsələn, hormonal müalicə zamanı yumurtalıqların həddindən artıq stimullaşdırılması) o zaman bütün embrionlar dondurulub qadında risk yaradan bu klinik mənzərənin geri çəkilməsindən sonra daha münasib bir zamanda dondan açılaraq köçürülə bilərlər. Həmçinin uşaqlıq daxili membranın (endometriumun) hamiləlik üçün uyğun olmayacaq bir qalınlıqda olması halında da embrionlar dondurularaq saxlanılır və daha sonra uşaqlıq daxilinin daha yaxşı hazırlandığı başqa bir vaxtda transfer həyata keçirilə bilər.

Xaya Toxumasının Dondurulması

İndiki vaxtda qadından götürülmüş yetişməmiş toxum hüceyrələri, yetişmiş toxum hüceyrələri və hər mərhələdə embrion dondurulduğu kimi, həmçinin spermatozoidlər və kişinin yumurta toxuması, yəni xaya da dondurularaq saxlanıla bilər. Kişidən götürülən yumurta toxumasının dondurularaq saxlanılması hər dəfə müraciət etdikdə təkrar əməliyyatların qarşısını almaq baxımından olduqca çox vacibdir. Məlum olduğu kimi azoospermiyalı, yəni mənidə spermatozoidlərin olmadığı kişilərdən spermatozoidlər əməliyyatla xayalardan əldə edilir. Və bir dəfə xayadan əldə edilən toxumada spermatozoidlər tapıldıqda bunların bir qismi mikroinyeksiya üçün istifadə olunarkən, artıq qalan toxuma da dondurularaq saxlanıla bilər və daha sonra təkrar dondan açılan bu toxumadan əldə edilən spermatozoidlərdən təkrar təkrar istifadə oluna bilər. Lakin əməliyyatla əldə edilmiş xaya toxumasında spermatozoidlər vardırsa bu toxumanın atılması əvəzinə şəxsin özünə aid olan hüceyrələrin dondurulması həyata keçirilir. Beləcə insan gələcəkdə yeni bir müalicəyə başlamaq istəyərsə təkrar əməliyyat keçirmək məcburiyyətində qalmır və dondurulan bu toxumanın içərisindəki spermatozoidlərdən istifadə oluna bilər.