Embrioskop: Daimi Embrion İzləmə Sistemi

Embrioskop: Daimi Embrion İzləmə Sistemi

Süni mayalanma laboratoriyamız xəstələrinə dünya standartlarına uyğun xidmət təqdim edə bilmək və etibarlı şəkildə daima artan müvəffəqiyyət faizlərinə nail olmaq üçün öz sahəsindəki bütün yenilikləri izləyir və onları tətbiq edir. Bu məqsədlə Embrioskop(EmbryoScope): Daimi Embrion İzləmə Sistemindən Süni Mayalanma Laboratoriyamızda istifadə edilməyə başlanmışdır.

Embrioskop Süni Mayalanma laboratoriyalarında istifadə olunan təhlükəsiz bir inkubasiya sistemidir. Onu ənənəvi inkubatorlardan fərqləndirən cəhətlərdən biri embrionları müşahidə etmək məqsədilə xüsusi hazırlanmış daxili kameranın olmasıdır. Bunun sayəsində, toxum və sperma hüceyrəsinin bir araya gətirilməsindən etibarən, mayalanma və embrion transferi mərhələsinə qədər təxminən 5 gün davam edən embrion inkişafının izləmə prosesini sürətləndirilmiş bir video görüntüsü şəklində izləmək mümkündür.

Embrionların Süni Mayalanma Laboratoriyalarında keçirdikləri 5 günün sonunda məqsəd, normal və anormal mayalanmış toxum hüceyrələrini ayırd etmək, embrionun bölünmə mərhələlərinə nəzarət etmək, sürətli və ya zəif inkişaf edən embrionları müşahidə etmək və beləcə transfer ediləcək ən yaxşı embrionları seçərək hamiləlik şansını artırmaqdır. Lakin bu mərhələlərin yerinə yetirilməsi üçün embrionlar sabit istilik, karbon, oksigen və azot səviyyələrinə sahib olan yetişdirildikləri inkubatorlardan müəyyən zaman aralıqlarında çıxarılıb, bəsləyici şəraitə təsir etməmək üçün mikroskop altında çox qısa bir müddət ərzində qiymətləndirilir.

Embrion inkişafının sürətli və dinamik bir proses olması səbəbindən embrionların inkubatorlardan tez-tez çıxarılması embrionun keyfiyyətinə təsir edə bilər. Həmçinin embrionların inkişaf mərhələlərini tam şəkildə izləməmiz mümkün olmur və embrionlar haqqındakı qiymətləndirmənin anlıq təsvirlərdən alınan məlumata uyğun olaraq aparılmasına səbəb olur.

Bu məqsədlə hazırlanmış yeni inkubator sistemi EmbryoScope, embrionlara etibarlı və nəzarətdə olan bir bəsləyici mühiti təqdim etməklə bərabər cihazın içində olan kamera, embrionların daimi izlənilməsinə imkan verir.